...

İMİŞLİ ŞƏKƏR ZAVODU SUTKADA 5 MİN TON ŞƏKƏR ÇUĞUNDURU EMAL EDƏCƏK

Siyasət Materials 2 Sentyabr 2005 12:28 (UTC +04:00)

Bu il ölkədə 7,5 min ton şəkər istehsal olunacaq. Bu barədə Trend xəbər agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Verilən məlumata görə, bu mövsümdə ölkənin 12 rayonunda 2683 hektar sahədə şəkər çuğunduru əkilib.

Buradan isə 53 min tona yaxın şəkər çuğundurunun yığılması gözlənilir. Şəkər çuğunduru istehsalını intensivləşdirməkdə başlıca məqsəd yaxın zamanlarda İmişlidə istifadəyə verilməsi nəzərdə tutulan şəkər zavodunu kifayət qədər xammalla təmin etməkdir. İndiyədək yetişdirilən şəkər çuğunduru ölkədə emal müəssisəsi olmadığından Türkiyə və İrana ixrac olunurdu. İmişli şəkər zavodu tam gücü ilə işə düşdükdə burada sutka ərzində 5 min ton şəkər çuğunduru emal olunacaq.

Xəbər lenti

Xəbər lenti