Milli Məclisin aqrar siyasət daimi komissiyasının sentyabrın 6-da keçirilən iclasında "Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib.
Komissiyanın sədri Eldar İbrahimov bildirib ki, əsasən "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyfə torpaqlarının idarə edilməsi haqqında" qanunlara bir sıra dəyişikliərin edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər Azərbaycanda torpaqlarının istifadəsi ilə bağlı qanunvericiliyin təkmilləşməsinə və daha işlək vəziyyətə gətirilməsinə xidmət edir.
O bildirib ki, yeni mülki məcəllə bələdiyyə torpaqları və digər yeni qanunlar qəbul olunduğu üçün adları çəkiləçn qanunlara dəyişikliklərin edilməsi məqsədəuyğundur.
Sonra komissiya həmin qanunlara bəzi dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edib və məsələni təsdiqlənmək üçün MM-in müzakirəsinə çıxarmasıını qərara alıb.