...

SENTYABRIN 9-DA ANKARADA BTC CO DİREKTORLAR ŞURASININ İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 7 Sentyabr 2005 12:26 (UTC +04:00)
SENTYABRIN 9-DA ANKARADA BTC CO DİREKTORLAR ŞURASININ İCLASI KEÇİRİLƏCƏK

Sentyabrın 9-da Ankarada BTC Co Direktorlar Şurasının iclası keçiriləcək. Bu barədə Trend ə sentyabrın 6-da BTC şirkətinin baş direktoru və Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, iclasda layihənini həyata keçirilməsinin gedişi müzakirə olunacaq. Boru kəmərinin tikintisinə gəldikdə, AR DNŞ prezidenti qeyd edib ki, işlər qrafik üzrə görülür. "Boru kəmərinin Azərbaycan hissəsi artıq neftlə doldrulub, indi isə bu proses onun Gürcüstan hissəsində həyata keçirilir. Gürcüstanda birinci nasos stansiyası doldurulub və cari ayın sonuna kimi neft ikinci stansiyaya veriləcək. Burada sazlama və sınaq işləri aparılacaq, oktyabrın əvvəlində isə Azərbaycan nefti Gürcüstan-Türkiyə sərhədinə nəql ediləcək", - deyə N.Əliyev bildirib.

O, həmçinin, məlumat verib ki, Ceyhan terminalı artıq Azərbaycan neftini qəbul etməyə hazırdır. "Bu sahədə işləri sürətləndirmək üçün neft tankeri Supsa terminalından Ceyhana yola salınacaq. Türkiyə tərəfi işlərin sentyabrın 15-nə kimi başa çatacağını bildirir. Lakin müstəqil ekspertlər bu prosesin daha bir ay uzanacağını proqnozlaşdırırlar", - deyə N.Əliyev sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti