...

DEMOKRATİK AZƏRBAYCAN SEÇKİ BLOKU NAMİZƏDLƏRİ ARASINDA ŞANSLILARINI SEÇƏCƏK

Siyasət Materials 8 Sentyabr 2005 15:11 (UTC +04:00)

"Demokratik Azərbaycan seçki bloku (DAB) Sədrlər Şurasının növbəti iclasında blok tərəfindən eyni dairədən namizədliyi qeydə alınan şəxslər arasında kimin şanslı olub olmayacağı müzakirə ediləcək".

Bu barədə Trend agentliyinə müxalifətyönlü DAB-da təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

A.Niftəliyev qeyd edib ki, sədrlər şurasının iclası sentyabrın sonlarında keçiriləcək: "Əvvəlcədən Sədrlər Şurasında belə razılğa gəlinib. Ancaq bir namizədin digərinin xeyrinə namizədliyindən imtiina edəcəyi təqdirdə heç bir narazılıq yaranmayacaq".

Şanslı namizədin xeyrinə namizədliyini geri götürən şəxsin təbliğat dövründə ona kömək edəcəyini deyən A.Niftəliyev, Sədrlər Şurasının seçkilərə bir ay qalmış belə bir qərara gələcəyini belə izah edib: "Namizədliyini şanslı həmkarının xeyrinə geri götürən şəxs təbliğat dövründə az da olsa tanınacaq. Və öz seçicilərini daha şanslı olan namiəzədə səs verməyə səsləyəcək".

DAB seçki blokunda VHP-dən başqa Azərbaycan Milli Birlik Partiyası (AMBP), Ədalət Partiyası və Azadlıq Partityası daxildir.

DAB-ın mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü Trend agentliyinə blok tərəfindən nə qədər namizədin qeydə alınması barədə dəqiq məlumata malik olmadığını bildirib: "Çünki hələ bəzi seçki dairə məntəqələrində bu məsələ ilə bağlı mübahisəli məqamlar var".

Xəbər lenti

Xəbər lenti