Sentyabrın 8-də Səbail rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə eks-spiker Rəsul Quliyevin vəkili Muxtar Mustafayevin qaldırdığı iddiya baxcılıb. Bu barədə "Trned"ə Osman Kazımov məlumat verib.
Vəkilin məhkəmə qarşısında iddia qaldırmasına səbəb Azərbaycan Respublikası baş prokurorunun çıxartdığı 27 avqust 2005-ci il tarixli qərarla deputatlığa nmizədlər üçün müəyyən edilmiş toxunulmazlıq hüquqlarının Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin üzərindən götürməsi olub.
O.Kazımovun sözlərinə görə, keçirilən məhkəmə iclasında hakim iddianı rədd edib və Baş Prokurorluğun eks-spiker barəsində həbs qəti imkan tədbiri ilə bağlı qərarını qüvvədə saxlayıb.
"Məhkəmənin qərarı qərəzli və ədalətsizdir, Yaxın günlərdə həmin qərardan apellyasiya şikayəti verəcəyik" - deyə O.Kazımov söyləyib.
Xatırladaq ki, avqustun 27-də Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin 36 saylı Xətai 4-cü seçki dairəsindən namizədliyi qeydə alınıb.
Lakin baş prokuror R.Quliyevin barəsində həbs qətiimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarının icra olunması üçün Daxili İşlər Nazirliyinə müvafiq tapşırıq verib.