...

RÖVZƏT QASIMOV: "ERMƏNİ ƏSİLLİ VƏTƏNDAŞLAR İŞTİRAK ETMƏSƏ DƏ, XANKƏNDİ DAİRƏSİNDƏ SEÇKİ BAŞ TUTACAQ"

Siyasət Materials 13 Sentyabr 2005 19:52 (UTC +04:00)

"Erməni əsilli Azərbaycan vətəndaşlarının seçkidə iştirak edib-etməməsindən asılı olmayaraq Xankəndi seçki dairəsi üzrə seçki baş tutacaq". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

O, qeyd edib ki, Xankəndi seçki dairəsi üzrə əhalinin siyahıya alınmasına köməklik göstərmələri üçün MSK-nın ATƏT-ə və digər beynəlxalq qurumlara müraciətlərinə hələki heç bir cavab verilməyib. R.Qasımovun sözlərinə görə, buna baxmayaraq, MSK özü 122 saylı Xankəndi seçki dairəsi üzrə seçkiləri keçirəcək və artıq buna hazırlıq işlərinə başlanılıb.

"Əgər erməni əsilli vətəndaşların siyahısının tutulması üçün beynəlxalq təşkilatlar tərəfindən heç bir köməklik göstərilməsə, MSK Xankəndi dairəsinə daxil olan azərbaycanlı əhali üçün seçki keçirəcək. Azərbaycan qanunvericiliyinə görə, seçkidə iştirak edən seçicilərlə bağlı kvorum yoxdur.

Ona görə də 122 saylı Xankəndi seçki dairəsi üzrə keçiriləcək seçkinin nəticələri tanınacaq və seçki baş tutmuş sayılacaq"-deyə MSK rəsmisi bildirib. Rövzət Qasımov əlavə edib ki, artıq Xankəndi seçki dairəsində 9 seçki məntəqəsi yaradılıb və seçkinin keçirilməsi üçün heç bir maneə yoxdur.

Xəbər lenti

Xəbər lenti