"Mitinqlərin keçirilməsini seçkidən sonraya saxlamışıq". Bu barədə Trend agentliyinə Vətəndaş Cəmiyyəti Qurucuları blokunun rəhbəri, Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.
AMDP sədri sentyabrın 24-də "Qələbə" meydanında keçirdiyi mitinqdən razı qaldığını bildirsə də, mitinqlərin seçkidən sonraya saxlanılmasını belə izah edib: "Bilirsiniz ki, blokumuz tərəfindən 40 namizəd qeydə alınıb. İndi əsas fəaliyyətimizi onların seçki təbliğatına yönəltmişik. Buna görə də mitinqa hazırlaşmağa vaxtımız qalmır".
İ.Həmidov onu da bildirib ki, seçkidən sonra mitinqə starta əsas verən amillərdən biri də seçkinin necə keçirilməsi olacaq: "Əgər seçkilər saxtalaşdırılacaqsa, onda biz aramsız mitinq keçirmək barədə qərar verəcəyik. Özü də bu mitinqlər əvvəlkilərindən kütləviliyinə görə çox fərqlənəcək".