Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-klassiklər) parlament seçkisində iştirak edən namizədləri öz qanun pozuntuları ilə üzləşirlər. Trend in məlumatına görə, bu barədə namizədlər sentyabrın 28-də keçirdikləri mətbuat konfransında məlumat veriblər.
AXCP (klassiklər) seçki qərargahının rəhbəri Loğman Abdullayev bildirib ki, partiya üzvləri 39, 45, 12, 11, 59, 20, 76, 70, 40,48 saylı Seçki dairələrində qanunsuzluqlarla üzləşiblər.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsindən namizəd Mehriban Vəzirin sözlərinə görə, həmin dairənin ərazisinə daxil olan Yeni Yasamaldakı binaların hər birində ən azı 30 seçicinin seçici vəsiqəsi yoxdur, binaların dislokasiyasında yanlışlıqlara yol verilib. Ən acınacaqlı vəziyyət isə Sulu təpə qəsəbəsindədir. Burada 10 mindən çox insanın yaşamasına baxmayapaq onların əksəriyyəti qeydiyyatsız, bir hissəsi isə başqa rayonlarda qeydiyyatdadırlar. Bu dairənin ərazisinə daxil olan Lökbatanda isə 20 min seçicinin olmasına baxmayapaq 32 namizədin seçiciləri ilə görüşləri üçün cəmi 150 yerlik bir kafe ayrılıb.