...

PARTİYA SƏDRLƏRİ KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİBLƏR

Siyasət Materials 4 Oktyabr 2005 13:40 (UTC +04:00)

"Azərbaycan Liberal Sosialist Partiyasının (ALSP) sədri, Tövbə Cəmiyyətinin rəhbəri Hacı Əbdül və Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan oktyabrın 4-də Konstitusiya Məhkəməsinə müraciət ediblər". Trend xəbər verir ki, ALSP sədrinin namizədliyi 15 saylı Yasamal birinci seçki dairəsindən, TMP sədrinin namizədliyi isə 70 saylı Masallı seçki dairəsindən qeydiyyata alınmadığından bu addımı atmaq məcburiyyətində qalıblar.

ALSP sədri Hacı Əbdül bildirib ki, namizədliyinin qeydə alınmamasına səbəb guya onun sənədlərində din xadimi kimi göstərilməsi olub: "Mən seçkilərə bir vətəndaş kimi qoşulmuşam. Sənədlərimdə də bu barədə heç nə yazılmayıb. MSK-nın qərarından Apellyasiya Məhkəməsinə, bu orqandan isə Ali Məhkəməyə etdiyim müraciətlər nəticəsində çıxarılan qərarlar məni qane etmədiyindən Konstitusiya Məhkəməsinə şikayət etmişəm".

TMP sədri Vüqar Bəyturan da namizədliyinin qeydə alınmaması ilə bağlı Apellyasiyanın qərarından Ali Məhkəməyə, bu orqanın qərarından isə kassasiya şikayəti ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti