...

Arslan Maleyev: Qırğızıstan Şimali Kiprin təcrid rejiminin aradan qaldırılması üzrə Azərbaycanın addımlarını dəstəkləyir

Siyasət Materials 22 Oktyabr 2005 14:37 (UTC +04:00)
Arslan Maleyev: Qırğızıstan Şimali Kiprin təcrid rejiminin aradan qaldırılması üzrə Azərbaycanın addımlarını dəstəkləyir

"Qırğızıstan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təcrid rejiminin aradan qaldırılması üzrə Azərbaycanın addımlarını dəstəkləyir. Trend in Şimali Kiprin kütləvi informasiya vasitələrinə istinadən xəbər verdiyi kimi, bu barədə Qırğızıstanın parlament nümayəndə heyətinin rəhbəri Arslan Maleyev Girna şəhərində bəyan edib. O qeyd edib ki, Şmali Kipr və Qırğızıstan xalqları arasında heç bir sədd ola bilməz.

ŞKTC parlamentinin spikeri Fatma Ekenoğlu və XİN başçısı Sərdar Denktaşla görüşdə A.Maleyev Türkiyə, Azərbaycan və Qırğızıstanın səylərinin tezliklə Şimali Kiprin təcrid rejimindən çıxması nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

Spiker F.Ekenoğlu ŞKTC və Qırğızıstan arasında əlaqələrin genişlənməsi sahəsində fəal işlərin aparıldığını qeyd edib. Görüşün sonunda tərəflər arasında ticarət və turizm sahəsində ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan dostluq və əməkdaşlıq protokolu imzalanıb.

Xəbər lenti

Xəbər lenti