...

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin "exit-poll"ları 65 seçki dairəsində keçiriləcək

Siyasət Materials 1 Noyabr 2005 15:42 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin "exit-poll"ları 65 seçki dairəsində keçiriləcək

ABŞ-ın Benynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən, "PA Consalting Group" şirkəti tərəfindən təşkil edilən "exit-poll" təsadüfən seçilmiş 65 seçki dairəsində aparılacaq. Bu barədə Trend ə USAİD-in Azərbaycan bürosundan məlumat verilib. 65 dairə elə seçilib ki, bura ölkə üzrə 125 seçki dairəsindən Naxçıvan üzrə, eləcə də məcburi köçkünlər olan dairələr də daxildir.

"Exit-poll"un nəticələri "PA Consalting Group" şirkətinin Məlumat Mərkəzində təhlil ediləcək. Məlumat mərkəzində 32 kompüter və iki server olacaq. Məlumatlar sistemə iki dəfə daxil ediləcək - birinci dəfə telefon vasitəsilə dairələrdən ötürüləcək, sonra isə məlumat sorğu vərəqələri fiziki olaraq Bakıya daşındıqdan sonra yoxlanılaraq təkrar sistemə daxil ediləcək. Digər "exit-poll" işçiləri kimi məlumatları daxil edən bütün operatorlar siyasi partiyalar və siyasi hərəkatlarla, seçki kampaniyaları, namizədlər, həmçinin, hüquq-mühafizə orqanları ilə əlaqələrin olub-olmamasını aşkar etmək məqsədilə yoxlanılıb.

PA Consalting Group" şirkəti tərəfindən Azərbaycandakı exit-poll üçün xüsusi kompüter proqramı hazırlanıb. Bu proqrama həmçinin şirkət əməkdaşlarına məlumatları daxil edən operatorların fəaliyyətinə nəzarət etməyə imkan verən xüsusi nəzarət proqramı daxildir.

Bu "exit-poll"un nəticələri USAİD Azərbaycanın veb səhifəsi vasitəsilə Azərbaycan ictimaiyyətinə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti