...

İqor Kizima: Ukrayna Azərbaycandakı parlament seçkilərini diqqətlə izləyəcək

Siyasət Materials 2 Noyabr 2005 18:14 (UTC +04:00)

Ukrayna Azərbaycandakı parlament seçkilərini diqqətlə izləyəcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bəyan edib.

O, bildirib ki, bu məqsədlə Ukrayna Azərbaycana öz müşahidəçilərini göndərəcək. Diplomatın sözlərinə görə, MSK-nın və Ukrayna parlamentinin 7 nümayəndəsi noyabrın 3-5-də Bakıya gələcək.

Diplomat bildirib ki, bundan başqa, QHT, siyasi həroəkat və partiyaların çoxsaylı nümayəndələrinin gəlişi gözlənilir. İ.Kizima qeyd edib ki, onların səfəri öz azərbaycanlı həmkarlarının dəvətilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti