...

ATƏT nümayəndələrindən başqa bütün xarici müşahidəçilər ölkələrinə qayıdıblar

Siyasət Materials 16 Noyabr 2005 12:08 (UTC +04:00)

6 noyabr parlament seçkilərini izləmək üçün Azərbaycana gəlmiş bütün xarici müşahidəçilər ATƏT nümayəndələri istisna olmaqla, fəaliyyətlərini başa vuraraq ölkələrinə qayıdıblar. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. O bildirib ki, hazırda Azərbaycanda yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri qalıblar. Onlar seçkidən sonrakı mərhələləri də müşahidə edirlər və müəyyən bir müddət Azərbaycanda qalacaqlar.

Digər beynəlxalq təşkilatların, xarici dövlətlərin rəsmi və qeyri-hökumət təşkilatlarının nümayəndələri, xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri artıq Azərbaycanı tərk ediblər.

Xəbər lenti

Xəbər lenti