...

Hakimliyə namizədlər üçün imtahanın növbəti mərhələsinin tarixi və yeri təyin edilib

Siyasət Materials 23 Noyabr 2005 14:50 (UTC +04:00)

Hakimliyə namizədlər üçün imtahanın növbəti mərhələsinin tarixi və imtahanın keçiriləcəyi yer təyinedilib. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

İmtahanın növbəti mərhələsi noyabrın 26-da səhər saat 10-da Əl Oyunları Sarayında keçiriləcək. Hazırda isə imtahanla əlaqədar texniki məsələlər həll edilir. C.Hüseynov bildirib ki, imtahan verən namizədlər üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən hər cür şəraitin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, imtahanın birinci mərhələsi sentyabrın 18-də keçirilmişdi və 223 namizəd növbəti mərhələyə vəsiqə qazanmışdı. Bu mərhələdə isə hakimliyə namizədlər hüquqi savadlarını inşa yolu ilə sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti