...

ABŞ səfiri Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymağa çağırır

Siyasət Materials 1 Dekabr 2005 13:46 (UTC +04:00)

Azərbaycanın geniş biznes imkanları vardır və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara başlaması ilə bu imkanlar daha da artıb. Trend bildirir ki, bu barədə ABŞ-nın Azərbaycandakı səfiri Rino Harniş Vaşinqtonda Amerika ticarət xidmətində keçirilən brifinqdə bəyan edib.

Diplomat Amerika biznesmenlərini Azərbaycana dəvət edib və qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, telekommunikasiya, bank işi, səhiyyənin cəlbedici sahələr olduğunu qeyd edib. Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın ÜDM artımı "indiyədək görünməmiş" səviyyəyə çatacaq və respublika tədricən ölkənin aşağı gəlir səviyyəsindən orta səviyyəyə keçəcək. R.Harnişin sözlərinə görə, bütün bunlar Azərbaycanın sürətlə inkişaf etdirildiyini və Amerikanın iqtisadi maraqlarını təmin edən bazara çevrildiyini nümayiş etdirir.

R.Harniş eyni zamanda Azərbaycanda Qanunun aliliyinin təmin edilməsi ilə bağlı çətinliklər, ictimai və özəl sektorlarda korrupsiya, vergi və gömrük nizamsızlığının olduğunu da qeyd edib. Amma o, əminlik yaradıb ki, AR İqtisadi inkişaf Nazirliyi və ABŞ-nın Azərbaycandakı səfirliyinə müraciət olunarsa belə hallarla bağlı problemlər öz həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti