...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 5 Dekabr 2005 13:39 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (28 noyabr-2 dekabr) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) növündən olan neftin bir bareli $48,23 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (noyabrın 21-25) olan orta qiymətdən bir barel üçün $1,01 azdır.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $49,78 (2 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün noyabrın 23-də təyin edilmiş qiymətdən $0,15 azdır.

Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $47,50 (30 noyabr) təşkil edib ki, bu da bu sortddan olan neft üçün noyabrın 21-dən müəyyən edilmiş bundan qabaqkı həftədəki minimal qiymətdən $0,90 azdır.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $53,67 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $0,16 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $55,15 (2 dekabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sort üçün müəyyən edilən son hədd qiymətdən $1,11 azdır. Ötən həftə Brent neftinin bir barelinin maksimal qiyməti $52,98 (30 noyabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün noyabrın 21-də müəyyən edilmiş qiymətdən $0,09 çoxdur.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $5,44 ucuz satılıb ki, bu da 14-18 noyabr orta göstəricisindən $1,17 çoxdur.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton URAL nefti satıb ki, bu da 2003-cü ildəkindən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə bir ton neftin nəql olunmasının qiyməti $15,67 təşkil edir.

Yanvar- noyabr aylarında ARDNŞ Novorossiysk limanından ötən ilin analoji dövründəki 2,39 mln tona qarşı 1,545 mln ton Ural sortundan olan neft yola salıb. 2-5-ci ilin noyabrında Novorossiyskdən Ural nefti yola salınıb ki bu da 2004-cü ilin noyabrındakı 136,4 mln tona qarşı 167,2 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti