...

Cioti Svarup Pande: Hindistan Azərbaycana poitensial neft tədarükçüsü kimi baxır

Siyasət Materials 6 Dekabr 2005 18:09 (UTC +04:00)

Hindistan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin alınmasında maraqlıdır. Bu barədə dekabrın 6-da Trend ə Hindistanın Bakıdakı səfiri Cioti Svarup Pande ekskluziv məlumat verib.

"Hindistan Azərbaycana neft tədarükünün mümkün olduğu bir dövlət kimi baxır və Ceyhan limanından neft alınmasında maraqlıdır", -deyə səfir bildirib. Bu zaman o qeyd edib ki, Hindistanın neft şirkətlərinin digər neft layihələrində, o cümlədən, Bakı-Tbilisi-Ceyhan layihəsində də iştirakı məsələsi ikinci dərəcəli əhəmiyyət daşıyır.

Qeyd edək ki, noyabrın 19-da Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Güləri jurnalistlərlə söhbəti zamanı Samsun -Ceyhan neft borusunun tikintisi üzrə yeni layihənin reallaşdırıldığını bəyan etmişdi.

"Biz (Türkiyə və İtaliyaya) Rusiya ilə ümumi dil tapmağa nail olmuşuq və tezliklə BTC-a alternativ olan bu layihə üzrə mühəndis-hesablama işlərinə başlanılacaq",-deyə türk nazir bildirib və hind şirkətlərinin bu layihədə iştirak etmək arzusunda olduqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti