...

Vayxir su anbarına Heydər Əliyevin adı verilib

Siyasət Materials 14 Dekabr 2005 18:27 (UTC +04:00)

Vayxir su anbarında tikinti quraşdırma işləri artıq başa çatır. Belə ki, istismar tipli, qəza su tullayıcı şaxta, istismar qapısı, idarəetmə binası və digər obyektlər təhfilə hazır vəziyyətdədir. Bu barədə Trend ə məlumat Ali Məclisinin mətbuat xidmətindən verilib.

100 milyon m3 su tutumu olan anbarda 74 metr hündürlüyündə bənd, dalğa qıran divar tikilisi, işıqlandırma sistemi yaradılıb. Su anbarı ilin sonunadək istifadəyə veriləcək. Anbar Şaxbuz yolunda yerləşir. Anbara yığılan su əkin sahələri və susuz torpaqları suvarmaq üçün istifıadə olunacaq. Bu sahə Şahbuz rayonundan Cülfa rayonunadək sahəni əhatə edəcək. Həmçinin, "Əshabu kəff" pirinin yaxınlarında olan susuz çöllərə əkin sahələrinə çevirəcək.

Naçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Iasif Talıbov su anbarının yerləşdiyi ərazidə olub, görüləcək işlər haqqında tapşırıqlar verib. Bundan başqa Şahbuzda 2005-ci ildə Daylaklı nasos stansiyası, qaz istismar idarəsinin inzibati binası, uşaq kitabxanası, uşaq- gənclər yaradıcılıq mərkəzinin yeni binası istifadəyə verilmiş inzibati binalardır. Tikintilər rayon tiktinti quraşdırma idarəsi tərəfindən tikilib istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti