...

Rusiyanın Kurqan vilayətinin qubernatoru 2006-cı ilin martında Bakıya səfər etmək niyyətindədir

Siyasət Materials 16 Dekabr 2005 17:13 (UTC +04:00)

Rusiyanın Kurqan vilayətinin qubernatoru Oleq Boqomolov 2006-cı ilin martında Bakıya səfər etmək niyyətindədir. Trend bu barədə qubernatorun mətbuat xidmətinə istinadən məlumat verir.

Mətbuat xidmətindən bildirildiyi kimi, Kurqan vilayəti Azərbaycanla qarşılıqlı faydalı əlaqələrin inkişafına və yeni əlaqələrin qurulmasına böyük əhəmiyyət verir. Səfər zamanı Azərbaycan hökuməti və Kurqan vilayətinin administarsiyası arasında ticari-iqtisadi, elm və mədəniyyət sahələrində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 15 dekabr tarixi Kurqanda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin xatirə günü elan olunub. Nakanune.RU agentliyinin xəbər verdiyi kimi, xatirə görüşündə Azərbaycanın dövlət orqanlarının işçiləri, Kurqan vilayətinin qubernatoru Oleq Boqomolov, Qazaxıstan, Kurqan və Tümen vilayətlərinin dövlət strukturları və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti