...

Milli Məclisin spikeri Rusiyanın Azərbaycandakı Müvəqqəti işlər vəkilini qəbul edib

Siyasət Materials 27 Dekabr 2005 20:43 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov dekabrın 27-də Rusiyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Pyotr Burdıkini qəbul edib.

Trend bildirir ki, görüşdə tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı, parlamentlərarası dialoq, iri regional, iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələlərini müzakirə edib. Tərəflər əlaqələrin gələcəkdə genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı əminlik bildirib.

P.Burdıkin O.Əsədovu spiker postuna seçilməsi münasibətilə təbrik edib.

Xəbər lenti

Xəbər lenti