...

Beynəlxalq Valyuta Fondu əlavə büdcə və büdcədənkənar məxariclərin istifadəsini dondurmağı təklif edir

Siyasət Materials 29 Dekabr 2005 12:55 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu əlavə büdcə və büdcədənkənar məxariclərin istifadəsini dondurmağı təklif edir

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta (BVF) arasında gələcxək məməkdaşlıq məsləhət xarakteri daşıyacaq. Ölkənin maliyyə naziri Əvəz Ələkbərovun Trend ə verdiyi y eksklyuziv məlumata görə, Fondun yeni tövsiyələri çərçivəsində hökumətə əlavə büdcə və büdcədənkənar məxariclərə yenidən baxmaq tövsiya edilir. Valyuta Fondu böyük məxariclər yaratmamağı və Dövlət Neft Fondunun vəsaitlərindən istifadə vəziyyətini dondurmağı təklif edir. Nazirin sözlərinə görə, 2006-cı ilin dövlət büdcəsinə baxmaqdaq söhbət getmir. Sadəcə olaraq, maliyyələşdirilməsini çatdırmadığımız layihələr üçün nəzərdə tutulmuş vəsaitlərdən başqa məqsədlər üçün istifadə edilməməlidir.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən dövlət idarələrində boş yerlər qalmasına müvafiq olaraq onlar üçün nəzərdə tutulmuş əmək haqqı üzrə vəsaitlərə qənaət olunur və onlardan da istifadə olunmamalıdır.

Bununla yanaşı, Valyuta Fondu ölkə hökumətinə dövlət müəssisələrində korporativ idarəetməni yaxşılaşdırmağı və dövlət müəsssisələrində, konsernlərdə, şirkətlərdə maliyyə intizamının gücləndirmək tövsiyə edilir. Tövsiyyələrdən biri də 2007-ci ildə Beynəlxalq bank və Kapitalbank kimi dövlət banklarının özəlləşdiroilməsinin başa çatdırılmasıdır. "Prinsipcə, bu yalnız tövsiyyələrdir. Azərbaycanın artıq BVF-dan kredit almadığına görə, Fond artıq əvvəllər olduğu kimi tələb edə bilməz", -deyə Ə.Ələkbərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti