...

Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanunun mətni dərc olununb

Siyasət Materials 30 Dekabr 2005 14:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanunun mətni dərc olununb. Trend xəbər verir ki, Milli Məclisin (parlamentin) qərarına əsasən, Qəbələ rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

Xırxatala kəndi Cığatelli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Xırxatala kənd inzibati ərazi vahidi yaradılıb.

Yemişanlı kəndi Uludaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Yemişanlı kənd inzibati ərazi vahidi yaradılıb.

İmamlı kəndi Mirzəbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla İmamlı kəndi inzibati ərazi vahidi yaradılıb.

Bəyli kəndi Savalan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Bəyli kənd inzibati ərazi vahidi yaradılıb.

Siləyli kəndi Məlikli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Siləyli kənd inzibati ərazi vahidi yaradılıb.

Bu qanun prezidnent İlham Əliyev tərəfindən imzalanaraq dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti