...

Nizami Bəhmənov: Dağlıq Qarabat icmaları rəhbərlərinin AŞPA səviyyəsində danışıqlarda iştirakının mümkünlüyü istisna edilmir

Siyasət Materials 7 Yanvar 2006 13:31 (UTC +04:00)
Nizami Bəhmənov: Dağlıq Qarabat icmaları rəhbərlərinin AŞPA səviyyəsində danışıqlarda iştirakının mümkünlüyü istisna edilmir

Dağlıq Qarabağ icmaları rəhbərlərinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) səviyyəsində keçirilən danışıqlarda iştirakınını mümkünlüyü istisna edilmir. Bu barədə Trend ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşanın İcra Hakimiyyətinin rəhbəri Nizami Bəhmənov danışıqlar prosesinin gedişini, eləcə də AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin qarşıdakı iclasını şərh edərkən ekskluziv məlumat verib.

"AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə 1416 saylı qətnaməsi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının inteqrasiyası üzrə tədbirlərin keçirilməsini nəzərdə tutur. Bu konteksdə Avropa Şurası tərəfindən icma rəhbərlərinin dialoqda iştirak etmək üçün dəvət olunması tamamilə gözləniləndir. Belə fikirlər mövcuddur", -deyə N. Bəhmənov bildirib və bu zaman hazırda belə təşəbbüsünü səslənmədiyini qeyd edib. Onun sözlərinə görə, AŞPA çərçivəsində danışıqlar Azərbaycan üçün müsbətdir.

Eyni zamanda, N. Bəhmənov AŞPA çərçivəsində aparılan danışıqlara yüksək qiymət verib və bu günlərdə bu təşkilatın çərçivəsində Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyətin müzakirə olunacağını xatırladıb. "Niderlandjdan olan deputat Leo Platvoyet AŞPA-nın mühacirət, qaçqınlar və əhali üzrə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əsirlər, girovlar və itkin düşmüş şəxslər üzrə Komitəsinin məruzəçisi təyin edilib. Yaxın vaxtlarda o regiona gələcək və burada azərbaycanlı və erməni hərbi əsirlərinin, girovlarının və itkin düşmüş şəxslərin siyahılarına müvafiq olaraq araşdırmalar aparacaq və sonra AŞPA üçün məruzə hazırlayacaq", -deyə N.Bəhmənov bildirib.

Xəbər lenti

Xəbər lenti