...

AMİP qurultay keçirmək üçün yer ayrılması ilə bağlı Bakı meriyasına müraciət edib

Siyasət Materials 17 Yanvar 2006 14:43 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yanvarın 22-ə təyin etdiyi qurultayını keçirmək üçün yerlə təmin olunmaqla bağlı Bakı meriyasına müraciət ünvanlayıb". Bu barədə Trend ə AMİP sədrinin vəzifəsini icra edən, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, onlar müraciətdə Şəhriyar adına Mədəniyyət Mərkəzi və Opera və Balet Teatrının binasını təklif ediblər: "Amma hələlik müraciətimizə cavab verilməyib". Sədr əvəzi onu da qeyd edib ki, "Hyatt Recensy" təmirdə olduğundan, "Avropa" otelində isə yanvarın 21-22-də digər tədbirlər keçirildiyindən bu ünvanlarda qurultay keçirmək mümkün deyil.

Qurultayı keçirmək üçün digər variantlar haqqında düşündüklərini də deyən A.Rüstəmov tədbirə 350 nümayəndə dəvət edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti