• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Rudolf İvanov: Bakıda ilk dəfə özümü rus hiss etdim

23 Yanvar 2006 17:49 (UTC+04:00)
  • 0
  • 0

Trend in məşhur rus tarixçisi və yazıçısı ilə eksklyuziv müsahibəsi

Açıq deyək, Rudolf Nikolayeviç, əgər "Bayazit" serialını saxtalaşdıran müəllifləri, elə rəhmətlik V.Pikul olmasaydı, Sizin adınız Azərbaycanda bu qədər məşhur olmazdı. İnternetdə Sizin haqqınızda ətraflı informasiyaların axtarışının xüsusi nəticəsi olmadı. Yalnız E.Axundovanın 2004-cü ildəki müsahibəsindən məlum oldu ki, Siz nə vaxtsa Bakı Dənizçilik Məktəbində təhsil almısınız və bizim şəhərimiz Rudolf İvanovun "dəniz ruhu"nun formalaşmasında bilavasitə əlaqəsi olub. Bu gün çoxsaylı pərəstişkarlar ordusunu Sizinlə daha yaxından tanış etmək istərdik. Zəhmət olmasa, özünüz barəsində danışın.
- Hər şeydən əvvəl imkandan istifadə edərək qonaqpərvər Azərbaycan torpağında məni mehribanlıqla qarşılayan hər kəsə minəntdarlığımı bildirmək istəyirəm. Bu bir neçə gün ərzində mən bir çox yerlərdə olmağa imkan tapdım. Dəvəti ilə Bakıda olduğum Heydər Əliyev adına Fondun qonağı oldum, Elmlər Akademiyasının alimləri ilə görüşdüm. Slavyan Universitetində mənim "Bayazit: həqiqət və yalan" kitabımın təqdimatı təşkil olundu. İki gün mühasirədə olan Naxçıvanda oldum. Hər yerdə məni işıqlı və təmiz qəlbə malik mehriban, əziz və bacarıqlı adamlar əhatə etmişdilər. Və hər yerdə məni şücaət göstərmiş bir qəhrəman kimi qəbul edirdilər.
Mən dərhal kiminsə könlünü sındırmaq istəmədən bu epitetləri özümdən kənarlaşdırmaq istəyirəm. Çünki hesab edirəm ki, mən heç bir hünər göstərməmişəm. Bu məqsədlə mən böyk admiral Nelsonun həyatından bir epizodu xatırlatmaq istərdim. Axı Siz məni "dəniz ruhlu" adlandırdınız. 1805-ci il oktyabrın 21-də admiral öz eskadrası ilə güclü İspaniya-Fransa donanmasına qarşı döyüşə gedirdi. Britaniya donanmasının nüfuzunun taleyi həll olunurdu. Nelsonun itaətsizliyə görə matrosları asdığı reylərdən birindənn üzərində "Ümidvaram ki, hər kəs öz borcunu yerinə yetirəcək" sözləri olan bayraq da asılmışdı.
Və mən hesab edirəm ki, sadəcə olaraq, öz borcumu yerinə yetirmişəm. Tarix və həqiqət qarşısında borcu. Axı bizdən tariximizi alıblar, əvəzində isə heç nə verməyiblər. Misal üçün, Naxçıvan xanlarının xanədanını şərəfli, çar ordusu generallarını satqın adlandırıblar. Onların nəsilləri isə susmağa məcbur olublar- Sovet təbliğat maşınına etiraz etmək olmazdı! Və belə misallar çoxdur.

- Zəhmət olmasa, öz şəxsi həyatınızdan danışın ...

- Mənim həyatım macəralarla doludur. 1931-ci ildə Pyatiqorskda anadan olmuşam. Ailəm çox kasıb idi. Paltarları mənə köhnə, nimdaş paltarlardan tikirdilər. Uşaqlıqda heç vaxt təzə ayaqqabı geyməmişəm. Məni nənəm böyüdüb. O həmişə məni qəhrəman görmək istəyirdi və ona görə də mənə Karpat quldurları, xüsusilə də Şamil haqqında çoxlu nağıllar danışardı. Mən hətta onun haqqında mahnı da oxuyurdum: "Şamil dağda dayanıb və Allaha dua edir", bundan sonra rəqs etməyə başlayar və qaytağı oynayardım. Tezliklə nənəm öldü və tək qaldım. O vaxtlar üstü, başı cırıq halda bazarı gəzib quru çörək axtarırdım. Böyük Vətən müharibəsi başladı. Həmin zamanlar mənə elə gəlirdi ki, əgər cəbhəyə getməsəm, müharibə mütləq uduzulacaq. Lakin yaşıma görə, özünüz bilirsiniz, heç kim mənə əhəmiyyət vermədi.
Xoşbəxtlikdən mənə iki tankçı serjant rast gəldi. Onlar məni öz qatarlarına oturdaraq özləri ilə apardılar. Lakin çox tezliklə məni eşalondan düşürtdülər və məni tank alayıqda saxladılar. Beləliklə, mən alay oğlu oldum. Bundan sonra Bakıya, Salyan kazarmasına gəlib düşdüm. Taleyin hökmü ilə məni oxumaq üçün Bakı Dənizçilik Məktəbinə qəbul etdilər. Qurtarandan sonra mən bu təkrarsız şəhərdən, hətta tanış olmağa və görüşməyə macal tapdığım sevdiyim qızdan ayrılmağa məcbur oldum. Bakı mənə yaşamaq vəsiqəsi verdi və yaradıcılıq üçün mənə yeni-yeni qüvvə verən şəhəriniz yüngül əli indiyə kimi mənim üzərimdədir.
Yeri gəlmişkən, bəs Siz bilirsinizmi ki, Xəzər flotiliyası Sovet İttifaqında dəb qanunvericisi hesab edilirdi? Sözün birbaşa mənasında dəb nəzərdə tutulur. Siz bilirsinizmi, Sovet İttifaqına ilk cins parçanı məhz Xəzər flotiliyası üçün ABŞ prezidenti Ruzveltin xanımı gətirmişdi? Bu ayrıca bir söhbətin mövzusudur. Lakin bakılılar bunu bilməli və bununla fəxr etməlidirlər.
Beləliklə, Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra mən Köniqberq Ali Hərbi-Dəniz məktəbini başa vurdum. Kreyserdə üzdüm. Sonra N.Xruşşov dövrü başladı və onun hazırda hərbi işlərlə deyil xalq təsərrüfatının inkişafı ilə məşğul olmağın vaxtı çatması ilə bağlı çıxışlarına valeh olaraq işdən kənar edilmək barədə raport yazdım. Məni uzun müddət buraxmadılar və bu da mənim o zaman SSRİ Ali Sovetinin sədri N.Şvernikə məktub yazmağıma səbəb oldu. Və yalnız onun müsbət dərkənarından sonra mən ordu sıralarından xaric edildim.
Moskvaya öz uzaq qohumumun yanına gəldim və öz gələcəyimi çox qaranlıq görürdüm. İlk vaxtlar su nəqliyyatının problemləri ilə məşğul olmağa başladım və namizədlik dissertasiyamı müdafiə etməyə imkan tapdım. Yavaş-yavaş elmi-texniki tərəqqinin problemləri ilə bağlı kitab yazmağa başladım. O zaman məni kseroqrafiya, mikrofilmləşdirmə və faksimilə rabitə, ümumilikdə, reproqroafiya ilə bağlı mövzular maraqlandırırdı. Lakin məni praktiki olaraq heç kim anlamırdı. Çünki bu problemlər o dövrün beş illik planına daxil deyildi. Və o zaman mənim Nazirlər Sovetindəki dostlarım bu məsələni o zaman Siyasi Büronun hələ gənc üzvü olan Heydər Əliyevin diqqətinə çatdırmağı məsləhət gördülər. Mən "Pravda" qəzetində ölkədəki reproqrafiya problemi barədə böyük bir məqalə dərc etdirdim. Həmin məqalə ilə bağlı 3 il keçdikdən sonra da qəzetin redaksiyasına rəylər daxil olurdu. Heydər Əliyevin şəxsində Nazirlər Soveti mənim dostlarımın ehtimal etdikləri kimi məqaləyə reaksiya verdi və Nazirlər Sovetinin xüsusi sərəncamını dərc etdirdi. Tezliklə doğma Pyatiqorskda SSRİ Nazirlər Sovetinin əmri ilə reproqrafiya sahəsində uğurların əldə olunması ilə bağlı ilk elmi-praktiki konfrans keçirildi. Bundan sonra bu mövzu ilə bağlı hökumətin fərmanları və digər qərarlar, necə deyrəlrə, gəlməyə başladı. Lakin H.Əliyevin vəzifədən getməsi ilə əlaqədar hər şey dağıldı və çox güman ona görə də SSRİ dünya reproqrafiyasında hakim mövqeni tuta bilmədi. Baxmayaraq ki, nailiyyətlər o qədər idi ki, bu gün adamlar Amerika, Yaponiya və digər ölkələrin aparatları ilə yanaşı bizim məhsullarımızı da ala bilərdilər. Beləliklə, mən, qiyabi olsa da, Azərbaycan xalqının böyük oğlu ilə tanış oldum.
Bunun ardınca, artıq təqaüdə çıxaraq tarixlə maraqlanmağa başladım. Özü də məni tarix uydurma və əlavələri ilə deyil, əsl həqiqəti ilə maraqlandırırdı. Mənim Stolıpin, Dağıstan xalqının qəhrəman oğlu general Əlixan Maqsudov haqqında, Bayazid qalası və onun müdafiəçiləri barədə və digər tarixi kitablarım belə yarandı.

- Məlum olduğu kimi, Siz Azərbaycana H.Əliyev adına Fondun dəvəti ilə gəlmisiniz və artıq orada olmusunuz. Sizin təəssüratınız necədir?

-Mən həyatımda hər cür, o cümlədən həm Sorosun, həm Stolıpinin və bir çox digərlərinin fondlarında olmuşam. Ümumiyyətlə, postsovet məkanında "fond" termini, yumşaq şəkildə desək, bu gün eybəcərləşdirilmiş şəkildə təqdim olunur. Və bu dəfə də H.Əliyev Fonduna gedəndə, mən belə "tipdən olan müəssisə" ilə növbəti tanışlığa hazır idim. Lakin gördüklərim gözlədiyimin tam əksi oldu.
H.Əliyev Fondunu İngiltərədəki Lankasterlərin qəbul Evi ilə müqayisə etmək olar. Əvvəla, məni binanın fasadı dərhal heyrətləndirdi. İnteryer də böyük və heç də az effektli deyildi. Orada işləyən adamlar isə gördüklərimə və yaşadıqlarıma daha çox heyrət əlavə etdi. Beləliklə, üç vəhdət təşkil edən fasad, interyer və fondun işçiləri unudulmaz təəssürat yaratdırlar. Mən hətta dünyanın bütün fondları arasında H.Əliyev fondunda olduğu kimi tayı-bərabəri olmayan binanın gözəlliyi və daxili müxəlləfatı mövzusunda müsabiqənin keçirilməsi ideyasını irəli sürdüm. Mən fondun sərgi ekspozisiyası ilə yaxından tanış oldum. Və H.Əliyevlə bu yaxınlıq qəlbimi titrətdi.
Qeyd etmək istəyirəm ki, mən dünyanın aparıcı dövlətlərinin birinci lediləri barədə çox oxumuşam, çox bilirəm. İndiyə kimi Jaklin Kennediyə haqq qazandırıram, N.Xruşşovun xanımı ilə yaxşı tanış idim. Lakin Azərbaycanın birinci xanımını gördükdən və onun fəaliyyəti ilə tanış olduqdan sonra mən özüm üçün gözəlliyin, müdrikliyin və xeyirxah işin Mehriban xanımla bağlıolan özünəməxsus formulunu kəşf etdim. Bu, yaltaqlıq deyil, bütün öz yaradıcılığım boyu sadiq qaldığım əsl həqiqətdir.

- Siz Azərbaycanın keçmişini çox gözəl bilirsiniz. Bu gün ölkədə baş verən hadisələrə də yaxşı bələdsiniz. Siz Azərbaycanın gələcəyini necə görürsünüz?

- Adi gözlə görünən dəyişikliklər Azərbaycanın gələcəyinin xoşbəxt olacağını deməyə əsas verir. Sizin prezidentlə xoşbəxt və varlı gələcək qurmamaq sadəcə olaraq günahdır. Ölkənizin daha yaxşı gələcəyindən danışan daha bir amil həyatdan gedən insanlara hörmətdir. Heç bir postsovet respublikasında sizdə olduğu kimi vəfat etmiş prezidentə belə qızğın məhəbbət görməmişəm. Sizin ölkəniz həddən artıq beynəlmiləldir. Siz torpağınızda yaşayan hər kəsə hörmət edirsiniz. Açıq deyim ki, Slavyan Universitetində olarkən, mən özümü ilk dəfə rus hiss etdim. Çünki sizin xalq Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinə hörmətlə yanaşır. Yenə təkrar edirəm: sizin gələcəyiniz xoşbəxt, varlı və işıqlıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Siyasət 11:21
Bakıda azyaşlıların da cəlb olunduğu qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlandı – DTX araşdırma aparır
Siyasət 11:15
Aydın Mirzəzadə: Ermənistanı bu cür böhranlar çox ciddi şəkildə silkələyəcək
Siyasət 08:00
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Siyasət 22 Aprel 14:29
Binəli Yıldırım Novruz Məmmədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib
Siyasət 22 Aprel 10:24
Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib
Siyasət 21 Aprel 19:34
Prezident İlham Əliyev İnam Kərimovun Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 19:04
Prezident İlham Əliyev Samir Nuriyevin Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 19:02
Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 18:58
Prezident İlham Əliyev Sahil Babayevin iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 18:57
İlham Əliyev Novruz Məmmədovun Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 18:54
Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib
Siyasət 21 Aprel 18:14
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 21 Aprel 18:07
Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edilib
Siyasət 21 Aprel 17:49
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib
Siyasət 21 Aprel 17:42
İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib
Siyasət 21 Aprel 17:39
Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib
Siyasət 21 Aprel 17:35
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb
Siyasət 21 Aprel 17:24
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter