...

Azərbaycanda Gənclər günü geniş qeyd olunacaq

Siyasət Materials 23 Yanvar 2006 17:57 (UTC +04:00)

Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycanda fevralın 2-də Gənclər gününün qeyd olunması üçün tədbirlər planı hazırlayıb. Trend xəbər verir ki, tədbirlər fevralın 1-dən 10-dək davam edəcəkdir.

Fevralın 1-də "Ekselsior" otelində dövlət gənclər siyasətinin gercəkləşdirilməsi məsələlərinə dair konfrans keçiriləcək, elə həmin gün gənc estrada ifaçılarının konserti olacaq.

Musiqili Komediya Teatrında yaradıcı gənclərin nümayəndələrinə diplom və mükafatların təqdim olunması mərasimi keçiriləcək. Gənc rəssamların və modelyerlərin sərgilərini, gənc bəstəkarların simfonik əsərlərindən ibarət konsert, "20 Yanvar" metro stansiyasından Şəhidlər xiyabanınadək velosiped yürüşü təşkil etmək nəzərdə tutulmuşdur.

"Gənclik" beynəlxalq turizm mərkəzində nazirliyin və YUNİSEF-in birgə təşkilatçılığı ilə "Azərbaycan gəncləri-2015" mövzusunda konfrans keçiriləcək.

Xəbər lenti

Xəbər lenti