...

Novruz Məmmədov: Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı sənəd imzalanmayacaq

Siyasət Materials 24 Yanvar 2006 17:54 (UTC +04:00)

Yanvarın 25-26-da Türkiyə prezidenti Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri zamanı hər hansı bir sənədin imzalanması gözlənilmir. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

"Səfər zamanı görüşlər keçiriləcək və yüksək səviyyədə danışıqlar aparılacaq. İkitərəfli əməkdaşlığın inkitşafı üzrə məsləhətləşmələr aparılacaq, regional və beynəlxalq xarakterli məsələlərə toxunulacaq. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərində kifayət qədər normal hadisədir",- deyə N.Məmmədov bildirib və hər il iki ölkənin prezidentləri və baş nazirləri səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirildiyini əlavə edib.

Səfər gedişində Ə.N.Sezərin Azərbaycan prezidenti İlham Əliyevlə, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədovla və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti