Azərbaycan Ziyalılar Hərəkatı (AZH) "İslam terroru rədd edir" mövzusunda elmi konfrans keçirəcək. Bu barədə Trend ə AZH-nin lideri Eldəniz Quliyev bildirib.
E.Quliyev vurğulayıb ki, tədbirdə islamşünas alimlər, siyasi partiya rəhbərləri və ölkəmizdə fəaliyyət göstərən islam ölkələrinin səfirliklərinin nümayəndələri və dini təşkilatların rəsmiləri də iştirak edəcək: "Dünyada fəaliyyət göstərən 82 terror təşkilatından 60-ı xristan təmayüllüdür. Ancaq hər dəfə islam faktoru qabardılır".
AZH lideri qeyd edib ki, konfransda sözügedən mövzu ilə bağlı çıxışlar və İslam dini ilə terrorun bir araya sığmadığı barədə mülahizələr dinləniləcək.