...

Ümumdünya Ərzaq Təşkilatı Azərbaycanda bir sıra yeni layihələr həyata keçirir

Siyasət Materials 31 Yanvar 2006 14:22 (UTC +04:00)

Ümumdünya Ərzaq Təşkilatı Azərbaycanda bir sıra yeni orta və uzunmüddətli layihələr həyata keçirəcək. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə təşkilatın Azərbaycan üzrə yeni təyin olunmuş nümayəndəsi Abdelatif Tabet xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bəyan edib.

Nazir bildirib ki, Azərbaycan ÜƏT-lə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir və kənd təsərrüfatı sahəsində birə layihələrin həyata keçirilməsində maraqlıdır.

E.Məmmədyarov, həmçinin, Azərbaycan hökuməti tərəfindən ÜƏT nümayəndəliyinin ölkəmizdəki fəaliyyətini dəstəkləməyə hazır olduğunu bildirib. Nazir ÜƏT ofisinin yeni rəhbərinə Dağlıq Qarabağ münaqişəsi, ölkənin qaçqın və məcburi köçkünləri ilə bağlı problemlər haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti