...

100 itkin ailəsi sığorta haqlarını ala bildi

Siyasət Materials 3 Fevral 2006 19:45 (UTC +04:00)

Gəncə, Qazax, Şəmkir, Samux, Xanlar, Zaqatala, Qəbələ, Qusar, Naftalan və Goranboydan olan 100-ə yaxın Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri uzun surundurməçilikdən sonra məhkəmə qərarı ilə dövlətdən onlara çatası umumilikdə 40-44 min ABŞ dolları həcmində vəsaitin alınmasına nail olub.

Onların işi ilə məşğul olan nümayəndəliyin rəhbəri Aslan Vəliyevin Trend nümayəndəsinə verdiyi açıqlamaya görə, 1997-ci il mayın 20-də vətəni müdafiə vəzifəsini icra edən və qanunla müəyyən olunmuş qayda da hərbi xidmət keçən qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında" Azərbaycan Qanunu qəbul edilib: "Bu qanuna görə hərbi qulluqçuların həyatı və sağlamlığı dövlət tərəfindən icbari qayda da sığortalanır. Və sığorta hadisələri baş verdikdə sığorta edilənə və ya onun varisinə müəyyən olunmuş məbləğ ödənilir".

A.Vəliyevin sözlərinə görə, çox vaxt Dövlət Sığorta şirkəti bu pulu ödəmir və məsuliyyətdən boyun qaçırır: "Belə hallarla tez-tez üzləşirik. Lakin Apellyasiya məhkəməsi xeyrimizə qərar çıxarır" deyə əlavə etdi.

Xəbər lenti

Xəbər lenti