...

Oracle şirkəti Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 9 Fevral 2006 15:00 (UTC +04:00)

Oracle Azərbaycanın IT bazarını cəlbedici hesab edir. Trend in məlumatına görə, bu barədə fevralın 9-da jurnalistlərə şirkətin vitse-prezidenti, Oracle-ın MDB üzrə baş direktoru Boris Şerbakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan şirkət üçün prioritet bazardır və burada Zaqafqaziyanın digər ölkələri ilə müqayisədə iqtisadiyyatda artım özünü açıq şəkildə büruzə verir.

"Oracle Azərbaycanla əməkdaşlığın perspektivlərini ölkə iqtisadiyyatının, o cümlədən, Azərbaycanın İKT sahəsində gələcək artımını proqnozlaşdırmağın mümkün olmasında görür", - deyə B. Şerbakov bildirib.

Azərbaycanda nümayəndəliyin açılması ilə bağlı məsələyə toxunarkən Boris Şerbakov bildirib ki, bu perspektivin zərurət yarandığı halda, işin həcmindən asılı olaraq həyata keçirmək mümkündür. "Əgər şirkətin rəhbərliyi Azərbaycanda nümayəndəliyin açılmasını məqsədəuyğun hesab edərsə, o, dərhal yaradılacaq", - deyə o bildirib.

Şirkətin MDB-də Belorusda, Rusiyada, Qazaxıstanda və Ukraynada nümayəndəlikləri fəaliyyət göstərir.

Bundan əlavə, Oracle şirkətinin texnologiyalarının tətbiq edildiyi Prezident Aparatı, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Milli Bankı, Azercell Telecom BM-si, Barmek Azərbaijan və digərləri kimi ölkənin dövlət strukturları vasitəsilə də Azərbaycanla əməkdaşlıq təcrübəsinə malikdir.

Xəbər lenti

Xəbər lenti