...

Prezident İlham Əliyev Fransa prezidenti Jak Şirak ilə görüşüb

Siyasət Materials 10 Fevral 2006 16:53 (UTC +04:00)
Prezident İlham Əliyev Fransa prezidenti Jak Şirak ilə görüşüb

Fransada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 10-da Parisdə, Fransa dövləti başçısının iqamətgahı Yelisey sarayında rəsmi qarşılanma mərasimi olub. Trend AzərTAc-a istinadən xəbər verir ki, Sarayın qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Fransa Prezidenti Jak Şirak Azərbaycan Prezidenti İlham Əliyevi sarayın önündə səmimiyyətlə qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra prezidentlərin təkbətək görüşü olub.

Xəbər lenti

Xəbər lenti