...

Lənkəranda Əfqanıstan döyüşlərində həlak olmuş azərbaycanlıların adını əbədiləşdirən xatirə kompleksinin açılışı olub

Siyasət Materials 15 Fevral 2006 16:07 (UTC +04:00)

Fevralın 15-də Lənkəran şəhərində Əfqanıstan döyüşlərində həlak olmuş azərbaycanlıların adını əbədiləşdirən xatirə kompleksinin açılışı olub. Bu barədə Trend ə Azərbaycan-Əfqanıstan Veteranları Birliyindən məlumat verilib.

Xatirə kompleksi Sovet ordusunun Əfqanıstandan çıxarılmasının 17-ci ildönümü münasibətilə inşa edilib. İldönüm münasibətilə Birlik tərəfindən Azərbaycanın digər bölgələrində də tədbirlər keçirilib. Həmin toplantılarda 17 il əvvəl 10 minə yaxın Azərbaycan vətəndaşının Əfqanıstan döyüşlərində iştirak etdiyi, onlardan 208 nəfərinin həlak olduğu, 7 nəfərin isə əsir və itkin düşdüyü bir daha xatırlanıb.

Xəbər lenti

Xəbər lenti