...

4 müxalifət lideri tərəfindən "Azadlıq" siyasi bloku təsis olundu

Siyasət Materials 17 Fevral 2006 13:33 (UTC +04:00)

Fevralın 17-də 4 müxalifət lideri tələfindən "Azadlıq" siyasi bloku təsis olunub. Trend xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində AXÇP (islahatçılar) sədri Əli Kərimli, AMİP sədri Əli Əliyev, Milli Birlik Hərəkatının lideri Lala Şövkət blokun təsis olunması barədə sənədi imzalayıblar.

Ə.Kərimli bildirib ki, "Azadlıq" seçki blokunun bazası əsasında yaradılan siyasi blok ölkədə demokratiyaya, azad, şəffaf seçkilərin keçirilməsin, yeni parlament seçkilərinin baş tutmasına nail olmağı qarşısına məqsəd qoyub. O qeyd edib ki. blok hələlik 4 təsisçi partiyadan ibarədir, lakin gələcəkdə bu blokda təmsil olunmaq istəyən digər partiyaların da müraxiətlərinə baxıla bilər.

Qeyd edək ki, sənədi digər liderlərdən əvvəl, hazırda Azərbaycanda olmayan Azərbaycan Demokrat partiya sədri Rəsul Qulyev də imzalayıb.

Blok təsisçilərinin sözlərinə görə, sazişə əsasən, blok üzvləri qarşıdakı bütiün seçkilərdə vahid, ümumi mövqedən çıxış etməlidirdər. Əli Kərimli qeyd edib ki, blok siyasi fəaliyyəti dövründə kütləvi aksiyalar metoduundan da istifadə edəcək.

AMİP sdri Əi Əliyev çıxışında bildirib ki, o bu partiya ilə əlaqədar yaranmıq problemlərin, qalmaqalların "Azadlıq" blokuna təsir göstərməsinə imkan verməyəcək. Onun sözlərinə görə, AMİP-in problemi sırf partiyajaxili məsələlərdir və "Azadlıq" siyasi blokuna aidiyyati olmayacaq.

Xəbər lenti

Xəbər lenti