...

Siyasi partiyalar ATƏT-in Bakı ofisinin keçirəcəyi seminarda iştirak edəcək

Siyasət Materials 22 Fevral 2006 12:37 (UTC +04:00)

Siyasi partiyalar ATƏT-in Bakı ofisinin siyasi partiya nümayəndələrinin iştirakı ilə seminar keçirmək təşəbbüsünü alqışlayıb. Bu barədə Trend ə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisi Pavesi fevralın 27-28-də "Siyasi partiyaların maliyyələşməsi" və "Seçki sistemi" mövzularına dair seminar keçirməklə bağlı təklif irəli sürüb.

M.Əlizadə bildirib ki, M.Pavesinin təklifi Məşvərət Məclisinə daxil olan 16 partiya sədrləri arasında müzakirə edilib: "Qərara aldıq ki, dinləmələrdə iştirak edib, bəzi məsələlərin müzakirəsində fikirlərimizi ortaya qoyaq".

Onu da bildirək ki, müxalifətdən olan AXCP (i), ADP, Müsavat, Vəhdət, "Azərbaycançı Qüvvələr" blokuna daxil olan partiyalar da ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən seminarda iştirak edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti