...

Moskvada Bauman bazarının damının uçması nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlılar da var

Siyasət Materials 23 Fevral 2006 13:04 (UTC +04:00)
Moskvada Bauman bazarının damının uçması nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlılar da var

Moskvada Bauman bazarının damının uçması nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlılar da var. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov məlumat verib.

O, Moskva meri Yuri Lujkova istinadən bildirib ki, damın uçması zamanı həlak olanların böyük əksəriyyəti azərbaycanlılardır, belə ki, bazarın işçilərinin əsas hissəsini azərbaycanlılar təşkil edir. Bauman bazarı topdan satış mərkəzi olduğu üçün işçilərin böyük əksəriyyəti gecədən səhərədək burada olub. İlkin məlumatlara görə, 14 nəfər ölüb, 17 nəfər isə xilas edilib. Bazar direktorunun məlumatına görə, hadisə yerində uçuqların altında hələ təxminən 40-50 nəfər qala bilər. Hazırda Fövqəladə hallar nazirliyi tərəfindən xilasedici işlər aparılır.

B.Zeynalovun sözlərinə görə, bazar işçiləri burada təxminən 200-300 nəfər azərbaycanlının çalışdığını təsdiqləyir. Müşavir Y.Lujkovun sözlərinə istinad edərək terror aktı versiyasını təkzib edib.

Hadisə Moskva vaxtı ilə saat 05:45-də baş verib. Moskva şəhərinin prokuroru Anatoli Zuyevin jurnalistlərə verdiyi məlumata görə, Moskva prokurorluğu Bauman bazarının damının uçması faktı üzrə RF CM-in 109-cu maddəsinin 3-cü (ehtiyatsızlıq üzündən iki və daha çox adamın ölümünə səbəb olma) və 293-cü maddəsinin 3-cü hissələri (səhlənkarlıq) üzrə cinayət işi qaldırılıb. O bildirib ki, hadisə ilə bağlı 3 versiya nəzərdən keçirilir: binanın istismar qaydalarının pozulması, bazar rəhbərliyi tərəfindən təhlükəsizlik texnikası qaydalarına əməl olunmaması, bazarın binasının layihələşdirilməsi zamanı yol verilmiş səhvlər. Y.Lujkov bildirib ki, bazarın binası 1975-ci ildə tikilib. Onun fikrincə, hadisənin baş vermə səbəbi daha çox layihəçilərin konstruktiv qərarı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti