...

Bakı Şəhər Baş Polis İdarəsində keçirilən müşavirədə prezidentin sərəncamından irəli gələn məsələlər müzakirə olunub

Siyasət Materials 27 Fevral 2006 14:34 (UTC +04:00)

Fevralın 27-də Bakı Şəhər Baş Polis İdarəsində keçirilən müşavirədə prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı sərəncamdan irəli gələn məsələlər müzakirə olunub. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Qeyd olunub ki, sərəncamdan irəli gələn məsələlərdən biri kimi paytaxtın yollarında avtomobil hərəkəti qaydalarını tənzimləyən xeyli lövhələr və işarələr vurulub. Bununla belə, avtomobilin çoxluğu və sürücülər tərəfindən yol hərəkəti qaydalırnın pozulması yol polisinin işini çətinləşdirməkdə davam edir.

Tədbirdə çıxış edən polis rəislərinin son 1 ay ərzində yol hərəkəti qaydalarının pozuntusu hallarının aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə hesabatları dinlənilib.

Əsasən mərkəzi küçələrdə piyadalırn həyatına son qoyan avtomobil qəzalarının sayı azalmayıb. Həmçinin, dairəvi yolların tikintisi üçün bir sıra təkliflər də irəli sürülüb.

Müşavirədə Bakı şəhər ərazisinin rayon polis idarələrinin, Bakı şəhər prokurorluğunun nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti