...

AXCP (i) Rəyasət Heyətinin sabah keçiriləcək iclasında millət vəkili Cəmil Həsənlinin istefası təmin ediıəcək

Siyasət Materials 27 Fevral 2006 16:07 (UTC +04:00)

Mandat götürmək parlamentə getmək demək deyil. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədr müavini Həsən Kərimov bildirib.

H.Kərimov qeyd edib ki, fevralın 28-da partiyanın Rəyasət Heyətinin növbəti iclası keçiriləcək: "Yəqin ki, bu iclasda Cəmil Həsənli öz mövqeyini bildirəcək". Sədr müavini vurğulayıb ki, C.Həsənlinin Mərkəzi Seçki Komissiyasından mandat götürməsi ilə bağlı partiya daxilində heç bir müzakirə aparılmayıb. Bunu da onun hələ parlamentin işinə qatılmaması ilə bağlayıb: "Əgər qatılsaydı bununla bağlı hansısa bir qərar qəbul olunardı".

Partiya sədrinin müavini onu da qeyd edib ki, fevralın 28-də keçiriləcək Rəyasət Heyətinin iclasında C.Həsənli qatılacaq və MSK-dan mandatı götürməsinə açıqlıq gətirəcək.

Qeyd edək ki, millət vəkili professor C.Həsənli fevralın 27-də mandatını MSK-dan götürüb.
Son məlumata görə isə C.Həsənli partiyadan cıxması ilə baglı istefa ərizəsı yazıb. AXCP sədrinin digər müavini Fuad Mustafayev məlumatı təsdiqləyib. Bildirib ki, fevralın 28-də keciriləcək Rəyasət Heyətinin iclasında onun istefası təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti