Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) (islahatçılar) Mingəçevir şəhər təşkilatı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sıralarına qatılmaqla bağlı martın 2-də bəyanat verib. Bu barədə Trend ə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib.
E.Mirzəbəyli bildirib ki, BAXCP sıralarına qoşulan Mingəçevir şəhər təşkilatı AXCP (i) rəhbərliyinin yürütdüyü siyasətdən narazı qaldığını bəyan edib: "Təşkilatın 20 dayaq dəstəsi və 300-dən artıq üzvü partiya rəhbərliyinin ideoloji prinsiplərə zidd fəaliyyətinə etiraz əlaməti olaraq AXCP (i) sıralarını tərk etdiklərini bildiriblər".
BAXCP sədrinin müavini onu da qeyd edib ki, bəyanatı AXCP (i) Mingəçevir şəhər təşkilatının sədri Məzahir Əhmədov imzalayıb.