...

Məmməd Əlizadə: Məşvərət Məclisinin namizədləri YAP-ın vahid namizədlərinin xeyrinə geri çəkilə bilər

Siyasət Materials 13 Mart 2006 17:03 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisindən (MM) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edən namizədləri Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlərinin xeyrinə geri çəkilə bilər. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə onu da bildirib ki, ümumiyyətlə, təkrar seçkilərdə YAP-ın vahid siyahısı üzrə olan namizədlərinin dəstəklənməsi ilə bağlı Məşvərət Məclisinin qərarı var: "Hələ seçkilərin keçirilməsinə müəyyən müddət qalıb. Biz prosesləri yenidən təhlil edəcəyik. Ancaq qurumun qərarına hörmətlə yanaşıb hakim partiyanın namizədlərinin xeyrinə təbliğat aparacağıq". MM sədri onu da qeyd edib ki, artıq 42 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizəd olan Respublikaçılar Partiyasının funksioneri İlqar Quliyev öz namizədliyindən imtina edib.

M.Əlizadə belə bir addımın Demokratik Azərbaycan Dünyası, Demokratik Maarifçilik və Respublikaçılar partityalarının namizədləri tərəfindən atıla biləcəyini də istisna etməyib.

Xəbər lenti

Xəbər lenti