...

Heydər Babayev: Beynəlxalq Maliyyə-İnkişaf Mərkəzi Azərbaycanın biznes həyatında əhəmiyyətli yer tutacaq

Siyasət Materials 29 Mart 2006 14:50 (UTC +04:00)
Heydər Babayev: Beynəlxalq Maliyyə-İnkişaf Mərkəzi Azərbaycanın biznes həyatında əhəmiyyətli yer tutacaq

Bu gün Bakı Biznes Mərkəzində Rusiyanın MSFER meqa holdinqinin təsis etdiyi Beynəlxalq Maliyyə-İnkişaf Mərkəzi -Azərbaycan (MSFER-Azərbaycan) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) təqdimat mərasimi keçirilib. Bu barədə Trend məlumat yayıb.

İqtisadi inkişaf naziri Heydər Babayev Rusiya holdinqinin Azərbaycana gəlişini alqışlayıb. O, MSFER-in ölkənin biznes həyatında, informasiya və texnologiya bazarında əhəmiyyətli yer tutacağına inandığını bildirib. Özəl sektorun xüsusi çəkisinin kifayət qədər yüksək olduğu iqtisadiyyatın inkişafı şəraitində müasir texnologiyanın cəlb olunması, konsaltinq xidmətlərinin göstərilməsi və intellektual inkişafa yardım Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsab edir. Bu gün ölkəyə bu sahədə yardım üzrə xarici şirkətlər, eləcə də PriceWaterhouseCoopers tərəfindən böyük maraq var. "Lakin biz dünyada belə nüfuzlu mərkəzin xidmətlərinin cəlb edilməsinə çox sevinirik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, MSFER strateji tərəfdaşdır və şirkətin Azərbaycana gəlişi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xidmət edir.

Holdinqin baş direktoru Maksim Mejanski MSFER-in əsas rolunun Azərbaycandakı iqtisadi yüksəlişə maliyyə, menecment və hüquq sahəsində peşəkarların ixtisaslaşının artırılması yolu ilə yardım etməkdir. Onun sözlərinə görə, holdinq nəşriyyat, təhsil layihələrinin reallaşması üçün kapital qoymağa hazırdır. Artıq müəssisələrin rəhbərləri, biznes proseslərini və maliyyə axınını idarə edən mütəxəssislər, kadr xidmətlərinin rəhbərləri, təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə mütəxəssislər, mühasiblər və digərləri üçün nəzərdə tutulan "Sahibkar" və "Əmək və hüquq" jurnalları buraxılıb.

MSFER - Azərbaycan MMC-nin baş direktoru Tofiq Babayevin sözlərinə görə, holdinqin planlarına AR-da təhsil proqramlarının (distant təhsili də daxil olmaqla qabaqcıl texnologiyanın tətbiqi və audit, vergitutma və mühasibat uçotu sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ştrix kodlaşdırma vasitəsilə əmlakın inventarizasiyası) hazırlanması daxildir. Regionlarda xidmət göstərmək üçün Gəncədə, Şəkidə və Lənkəranda 3 mərkəz yaradılıb.

M.Mejanskinin Trend ə verdiyi məlumata görə, "bizim biznesimiz fərdi xarakter daşıyır və biz təhsil-nəşriyyat texnologiyaları gətirmək, konsaltinq xidmətləri göstərmək üçün investisiya qoyuruq". Bu gün holdinqin Qazaxıstanda, Ukraynada, Özbəkistanda və Azərbaycanda yarımbölmələri yaradılıb. Bu ölkələrin seçimi onların iqtisadi inkişaf nümayiş etdirmələri və MDB məkanında ən dinamik inkişaf edən ölkə olmaları ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti