İqtidaryönlü partiyaların Məşvərət Məclisi fəaliyyətində dönüş yaratmalıdır. Bu barədə Trend ə Məşvərət məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.
M.Əlizadə onu da vurğulayıb ki, fəaliyyətlərini yenidən qurmaqdan ötrü quruma daxil olan bir neçə partiya daxilində islahatlar aparılıb: "Mənim rəhbərlik etdiyim partiya, Azad Respublikaçılar, Respublikaçılar, Demokratik Maarifçilik partiyalarının rayon təşkilatları yenidən formalaşdırılıb. Biz fəaliyyətimizdə geriliyi və zəifliyi etiraf edirik".
Qurumun rəhbəri onu da vurğulayıb ki, mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə "İslahat" seçki blokunun təsisçiləri qoşulmayıblar: "Çünki qərarımıza uyğun olaraq Yeni Azərbaycan Partiyasının vahid namizədlərini dəstəkləyirik". M.Əlizadə qurumdakı 4 partiyanın YAP-a daxil olması ilə bağlı məsələnin də artıq həll olunduğunu bildirib: "İndi bunun hansı mexanizm vasitəsilə həyata keçirilə biləcəyi barədə fikirləşirik. Çox güman ki, təkrar seçkilərdən sonra bu məsələ öz həllni tapacaq".