...

Əhməd Nejdət Sezər: Türkiyəli iş adamları Azərbaycana $2,2 mlrd. həcmində sərmayə qoyub

Siyasət Materials 4 Aprel 2006 18:06 (UTC +04:00)
Əhməd Nejdət Sezər: Türkiyəli iş adamları Azərbaycana $2,2 mlrd. həcmində sərmayə qoyub

Türkiyənin iş adamları Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. dollar həcmində sərmayə qoyub. Trend bildirir ki, aprelin 4-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Türkiyə prezidenti Əhməd Nejdət Sezər bu barədə bəyan edib.

Onun sözlərinə görə, lazımi şərait yaradılsa, Türkiyədən Azərbaycana kapital qoyuluşunun həcmi artırıla bilər. Ə.N.Sezər Türkiyənin TPAO neft şirkətinin Azərbaycanın neft sektoruna 4 mlrd. dollardan çox sərmayə qoymaq niyyətində olduğunu bildirib.

Türkiyə prezidenti həm də xatırladıb ki, 2004-cü ildə Azərbaycan-Türkiyə mal dövriyyəsi $550 mln. təşkil edib, 2005-ci ildə isə $795 mln.-dək artırılıb. Ə.N.Sezər ümid etdiyini bildirib ki, cari ildə bu həcm 1 mlrd. dollara çatdırılacaq.

İ.Əliyev deyib ki, rəsmi Bakı bu səfərə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq edir və bu, regional qarşılıqlı münasibətlər nöqteyi-nəzərindən də həmişə mühüm əhəmiyyət kəsb edib.

Xəbər lenti

Xəbər lenti