...

Çingiz Əsədullayev: BMK və AİB Azəriqazbankın səhmdarları olacaq

Siyasət Materials 11 Aprel 2006 15:42 (UTC +04:00)
Çingiz Əsədullayev: BMK və AİB Azəriqazbankın səhmdarları olacaq

Azəriqazbankın səhmdarları səhmlərin hissə-hissə beynəlxalq maliyyə institutlarına satılmasına dair qərar qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə bankın Nəzarət Şurasının sədri Çingiz Əsədullayev məlumat verib. O, yaxın vaxtlarda Beynəlxalq Maliyyə Korporasiyasının və Asiya İnkişaf Bankının Azəriqazbank səhmdarlarının tərkibinə daxil olacağını bildirib.

Bankın 2 il bundan əvvəl Azərbaycanın Bank Tədris Mərkəzi ilə birgə hazırladığı strateji plana əsasən, nizamnamə kapitalında səhmlərin 20%-nin xarici tərəfdaşlara satılması planlaşdırılır. Ç.Əsədullayev hesab edir ki, BMİ-nin daxil olması ilə bu paket artacaq. BMK artıq Azəriqazbankda $2,3 mln məbləğində 17,5% iştirak payını əldə etməsi barədə bildirib. Korporasiyanın Direktorlar Şurası bu qərarı aprelin 30-da qiymətləndirəcək.

Hazırda bankın nizamnamə kapitalı 7,4 mln AZN, ümumi kapital isə təxminən 9 mln AZN təşkil edir. İlin sonunadək nizamnamə kapitalı 12 mln AZN-ə çatdırılacaq. Büdcəyə əsasən, bankın gəliri ikiqat artaraq təxminən $4 mln olacaq.

Xəbər lenti

Xəbər lenti