Aprelin 12-də Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Toplantıda partiya sədri Asim Mollazadə Türkiyə və Fransa səfərləri barədə məlumat verib. Bundan əlavə, Siyasi Şura ölkədəki ictimai-siyasi vəziyyəti və partiyanın təşkilati məsələlərini müzakirə edib. Siyasi Şura eyni zamanda DİP-in Binəqədi və Cəbrayıl rayon təşkilatlarını təsis edib.