...

Məleykə Abbaszadə: 2006-2007-ci illərdə ali məktəblərə tələbə qəbulu qaydalarında əsaslı dəyişiklər gözlənilmir

Siyasət Materials 18 Aprel 2006 13:13 (UTC +04:00)
Məleykə Abbaszadə: 2006-2007-ci illərdə ali məktəblərə tələbə qəbulu qaydalarında əsaslı dəyişiklər gözlənilmir

2006-2007-ci illərdə ali məktəblərə tələbə qəbulu qaydalarında əsaslı dəyişiklər gözlənilmir. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 18-də Tələbə Qəbulu üzrə Dövltə Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, ötən il olduğu kimi ali məktəblərin bütün ixtisasları müvafiq istiqamətlərdə 5 qrupa bölünüb. Abituriyentlərə bu və ya digər ixtisas üzrə 8-ə qədər şifrəni seçmək hüququ verilib. Qaydalarda abituriyentlərin sınaq imtahanlarına qədər bacarıq və istedadlarına görə imtahan verməli olduqları qeyd olunub. Tələbələrin ali məktəblərə bütün qəbul qaydaları "Abituriyent" jurnalının 22-ci nömrəsində dərc olunub.

Ali məktəblərin magisturaturalarına qəbul qaydalarında ötən ildən fərqli olaraq bir sıra dəyişikliklər baş verib. TQDK-nin sədrinin məlumatına görə, magistraturaya qəbul bir mərhələdə həyata keçiriləcək. Qəbulun keçirildiyi bütün ixtisaslar müxtəlif proqramlar əsasında qruplaşdırılıb.

M.Abbaszadənin sözlərinə görə, iddiaçı bakalavriaturanı bitirdiyi istiqaməti özündə əks etdirən proqramı seçməlidir. Qəbul qaydaları ali məktəb məzunlarına topladığı orta balın müvvəfəqiyyət dərəcəsindən asılı olmayaraq magistraturaya daxil olmağa imkan verir. Onun sözlərinə görə, jurnalistikanı seçmiş bakalavrlar test tapşırığından başqa verilən mövzu üzrə inşa da yazmalıdırlar.

Xəbər lenti

Xəbər lenti