...

Zakir Qaralov: İstintaq orqanı eks-nazirlərin dövlət çevrilişinə cəhd əməllərini tam sübuta yetirib

Siyasət Materials 5 May 2006 13:16 (UTC +04:00)

İstintaq orqanı eks-nazirlərin dövlət çevrilişinə cəhd əməllərini tam sübuta yetirib. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmiş Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev və digər şəxslər səhhətlərində yaranmış müəyyən problemlərlə bağlı istintaqa müraciət ediblər. Bu müraciətlər əsasında da onlar tibb işçiləri tərəfindən daim müayinə olunurlar. "Müalicələri ilə bağlı hər hansı bir zərurət yaranırsa, təcili tibbi yardımlar göstərilir" - deyə Z.Qaralov bildirib.

Baş prokuror onu da qeyd edib ki, adları çəkilən sabiq vəzifəli şəxslərin cinayətləri yalnız dövlət çevrilişinə cəhd əməli ilə bitmir. Baş Prokurorluğun həmin şəxslərin vaxtilə rəhbərlik etdikləri nazirliklərdə apardığı araşdırmalar çoxsaylı korrupsiya halları üzə çıxarıb.

Xəbər lenti

Xəbər lenti