...

ATƏT-in müşahidə missiyasının nümayəndələri Ümid Partiyasında görüş keçiriblər

Siyasət Materials 5 May 2006 15:47 (UTC +04:00)

Mayın 5-də ATƏT-in müşahidə missiyası rəhbərinin müavini Harald Yepsen və həmin missiyanın seçki üzrə mütəxəssisi Oleksiy Liçkovak Ümid Partiyasında görüş keçiriblər. Bu barədə Trend ə Ümid Partiyasından məlumat veriblər. Partiyanın mərkəzi qərargahında "Ümid"in təkrar parlament seçkisində iştirak edən namizədləri ilə keçirilən görüşdə əsasən seçki ilə bağlı müzakirələr aparılıb. Partiya sədrinin birinci müavini, 31 saylı seçki dairəsindən deputatlığa namizəd F.Qocayev qonaqlara seçki kampaniyasının gedişi barədə məlumat verib.

ATƏT-in müşahidə missiyasının nümayəndələri onlara da çoxlu sayda şikayət və sənədlərin daxil olduğunu bildiriblər. Şikayətlərlə bağlı MSK qarşısında məsələ qaldıracaqlarını deyiblər.

Xəbər lenti

Xəbər lenti