...

Bu gün ABŞ Konqresi Azərbaycanda yeni səfirin namizədliyini nəzərdən keçirir

Siyasət Materials 12 May 2006 13:54 (UTC +04:00)

Mayın 12-də ABŞ Konqresi ABŞ-ın Azərbaycandakı yeni səfiri Enn Dersinin (Anne Derse) namizədliyinə baxacaq. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Conatan Xenik məlumat verib.

O, aprelin 13-də prezident Corc Buşun Enn Dersinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təklif etdiyini xatırladıb. Onun namizədliyinə ABŞ-ın Konqresi və Senatında baxılmalı və təsdiqlənməlidir. Yeni səfirin təyin olunduğu yerə gəlməsi 2-3 aydan sonra mümkün ola bilər.

Enn Dersi Ağ Evin müdafiəsi üzrə Şuranın biomüdafiə siyasəti üzrə direktoru olub. Həmin vaxta qədər o, ABŞ-ın Bağdaddakı səfirliyinin iqtisadi münasibətlər üzrə baş müşaviri olub. Bundan daha əvvəl isə Avropa Birliyi yanında Amerika missiyasında fəaliyət göstərib. O, Makalester Kollecinin (Macalester College) bakalavrı dərəcəsinə və Con Hopkins İnstitutunun (The Johns Hopkins University) magistri dərəcəsinə malikdir.

Xəbər lenti

Xəbər lenti