...

Vladimir Qarkun: Azərbaycanda təkrar parlament seçkiləri azad və açıq keçib

Siyasət Materials 14 May 2006 13:05 (UTC +04:00)

MDB-dən olan müşahidə missiyası Azərbaycan Milli Məclisinə təkrar seçkilərin azad və açıq keçirildiyini təsdiq edir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 14-də MDB icraiyyə komitəsi sədrinin birinci müavininin vəzifələrinin icraçısı Vladimir Qarkun bildirib.

MDB müşahidəçilərinin bəyanatını oxuyan V.Qarkun qeyd edib ki, seçki komissiyaları 13 may 2006-cı il təkrar seçkilər zamanı Azərbaycan vətəndaşlarının seçki hüququnun gerçəkləşdirilməsini və müdafiəsini təmin edib. "MDB müşahidəçiləri hesab edir ki, Milli Məclisə təkrar seçkilər sakit şəraitdə və ölkədə mövcud seçki qanunvericiliyinin normalarına uyğun keçib", - deyə missiyanın rəhbəri bildirib.

V.Qarkun səsvermənin gedişini yüksək qiymətləndirib. MDB müşahidəçiləri monitorinqdə 150-dən çox beynəlxalq və 5000 nəfər yerli müşahidəçinin iştirakının "pozitivliyini" qeyd edib.

O da vurğulanıb ki, seçki kampaniyası zamanı aşkar edilmiş nöqsanlar sistemli xarakter daşımayıb və səsvermənin nəticələrinə əhəmiyyətli təsir göstərməyib.

O bildirib ki, seçki şəraitini MDB-dən 29 nümayəndə müşahidə edib. Müşahidə missiyasının qərargahı isə 2006-cı il aprelin 24-dən işə başlayıb.

Səsvermə günü MDB müşahidəçiləri 10 seçki dairəsindən 9-da 112 seçki məntəqəsinə (119-cu Ağdam kənd seçki dairəsi istisna olmaqla) baş çəkib və həm məntəqələrin açılmasında, həm də səslərin hesablanması prosesində iştirak edib.

V.Qarkun qeyd edib ki, səsvermədən sonra alınan sorğular seçkilərin nəticələri haqqında səhih məlumat vermir və bu nəticələr nəzərə alına bilməz.

Xəbər lenti

Xəbər lenti